Jorje Mendeşin Ronaldonun Yuventusa transferi zamanı qazanı məlum olub

Sayta qoyulub: 09:01 08.07.2018 (328 dəfə oxunub)

Kriştiano Ronaldonun agenti Jorje Mendeşin müştərisinin Realdan Yuventusa keçidi zamanı qazancı məlum olub.

 

33 yaşlı portuqaliyalının nümayəndəsinin komissiya haqları 20-25 milyon avro təşkil edə bilər.

 

Xatırladaq ki, Ronaldonun artıq Yuventusla ili 30 milyon avro olan 4 illik müqaviləni razılaşdırdığı xəbəri verilib.

 

Əgər forvard rəsmi şəkildə Realdan öz istəyi ilə getdiyini bəyan etsə transfer 100 milyon avro təşkil edəcək. Əks halda Yuventus Reala 130-150 milyon avro ödəməli olacaq.

XƏBƏR LENTİ