“Borussiya” yeni baş məşqçisini təqdim etdi

Sayta qoyulub: 19:29 07.07.2018 (283 dəfə oxunub)

 

“Borussiya” yeni baş məşqçisini təqdim etdi

Almaniyanın “Borussiya” (Dortmund) klubu yeni baş məşqçisini rəsmən təqdim edib. Bundesliqa təmsilçisi bu ilin may ayında anlaşdığı Lüsyen Favr üçün təqdimat mərasimi təşkil edib. 60 yaşlı isveçrəli mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilib.Qeyd edək ki, L.Favr ötən mövsüm "Nitsa"nı çalışdırıb. Xatırladaq ki, "Borussiya"nı geridə qalan mövsümün birinci hissəsində Peter Bos, ikinci hissəsində isə Peter Şteger çalışdırıb.

 

XƏBƏR LENTİ