Florentino Peres Ronaldonun keçidinə əngəl törədir

Sayta qoyulub: 10:29 06.07.2018 (423 dəfə oxunub)

Yuventus azarkeşlərinin feysbuk səhifəsinin verdiyi məlumata görə Realın prezidenti Florentino Peres centlmen danışıqlarını pozaraq Ronaldonun Turin klubuna 100 milyon avroya satılmasına icazə verməyib. Bu səbəbdən də keçid böyük ehtimalla baş tutmayacaq.

 

Xatırladaq ki, 33 yaşlı portuqaliyalı uğrunda mübarizəyə Mançester Yunayted də qoşulub. Yuventus isə futbolçunu artıq sabah təqdim etməyə hazır idi.

 

Əlavə edək ki, bir müddət əvvəl Madrid Realı rəhbərliyi Ronaldonun satışı üçün xüsusi şərt irəli sürmüşdü. Peresin tələbinə görə futbolçu xüsusi mətbuat konfransı keçirərək Madrid Realından getməsini özü arzuladığını rəsmən bəyan etməliydi.

XƏBƏR LENTİ