Birinci divizionda limit yenə dəyişə bilər

Sayta qoyulub: 08:36 06.07.2018 (244 dəfə oxunub)

Ötən mövsüm futbol üzrə Azərbaycan I Divizionu 10 komandanın iştirak etdiyi və 3 dövrədən ibarət olan bir yarış idi.

Yarışlar zamanı 8+3 imiti tətbiq olunurdu. Belə ki, start heyətində 8 yaşlı oyunçu meydana çıxırdı, yerdə qalan 3 nəfər isə 1996-cı il təvəllüdlü və ya daha gənc oyunçu olmalı idi. 

Belə olan halda, komandada təcrübəli oyunçuların sayı çox idi və onlar əsas lokomotiv rolunu oynayırdılar. Komandalar gələn mövsüm üçün seçim edərkən də təcrübəli oyunçuları komandada saxlayıblar. 

Amma bütün bu həmlələr puç ola bilər. Məsələ burasındadır ki, Azərbaycan I Divizionunda limitin dəyişdiriləcəyi gündəmə gəlib. Deyilənlərə inansaq, gələn mövsüm üçün limit 3+8 kimi tətbiq olunacaq. Bu isə klubları çox ağır vəziyyətə salıb. Ötən mövsüm I Divizionda oynamış futbolçulardan redaksiyamıza mümkün dəyişikliklə bağlı çox sayda suallar ünvanlanır. Futbolçular, eləcə də klublarda çalışan şəxslər dəyişikliyin öldürücü zərbə olacağını bildirirlər. Məsələ ilə bağlı hələ ki hər hansı bir rəsmi xəbər yoxdur.

 

Futbol11.az

XƏBƏR LENTİ