Ramil Şeydayev yeni klubu ilə müqavilə imzalayacaq

Sayta qoyulub: 09:40 05.07.2018 (183 dəfə oxunub)

Ramil Şeydayev yeni klubu ilə müqavilə imzalayacaq
 

"Hazırda heç bir futbolçumuzun komandanı tərk etmək şansı yoxdur". Bu sözləri Türkiyənin "Trabzonspor" klubunun prezidenti Əhməd Ağaoğlu deyib.  

O, komandadan ayrılması gündəmdə olan futbolçular haqda danışıb. Klub prezidenti yalnız milli komandamızın üzvü Ramil Şeydayevə görə sərfəli təklif aldıqlarını bildirib: "Futbolçularımıza təkliflər var. Ancaq bizim ürəyimizcə olan təklif yoxdur. Sadəcə, Ramil Şeydayev bir klubla anlaşmaq üzrədir. Yaxın zamanda komandanı tərk edə biləcək yeganə oyunçu Ramildir".

Qeyd edək ki, Ramil Şeydayevin adı Avstriyanın "Mattersburq" komandası ilə yanaşı hallanır. Millimizin üzvü "Trabzonspor"un düşərgəsini tərk etsə də, hələlik "Mattersburq"a keçidi rəsmiləşməyib.  

XƏBƏR LENTİ