"Qarabağ" bolqarıstanlı futbolçunun keçidini rəsmiləşdirdi

Sayta qoyulub: 09:02 05.07.2018 (419 dəfə oxunub)

 

Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" transfer fəaliyyətini davam etdirir. Ağdam klubu "Sportinq"in yarımmüdafiəçisi Simeon Slavçevi transfer edib. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. Bolqarıstanlı futbolçunun müqaviləsi barədə bilgi verilməyib.

 

Qeyd edək ki, Bolqarıstan millisinin üzvü 2014-cü ildə "Litex" klubundan "Sportinq"ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarında icarə əsasında çıxış edib.

 

"Qarabağ" bolqarıstanlı futbolçunun keçidini rəsmiləşdirdi

XƏBƏR LENTİ