Realdan 40 milyonluq transfer

Sayta qoyulub: 08:47 05.07.2018 (431 dəfə oxunub)

Real Sosyedadın sağ cinah müdafiəçisi Alvaro Odriosola böyük ehtimalla karyerasını Realda davam etdirəcək.

 

Madridlilər bask təmsilçisi ilə 22 yaşlı futbolçunun keçidini 40 milyon avroya razılaşdırıblar.

 

Tərəflər sadəcə olaraq hazırda bu məbləğin hansı müddətdə ödəniləcəyini müzakirə edir.

 

Xatırladaq ki, komandanın yeni baş məşqçisi Xulyen Lopategi Odriosolanı millidən yaxşı tanıyır.

XƏBƏR LENTİ