H.Marko: “Maks çempion ola bilər”

Sayta qoyulub: 08:32 05.07.2018 (174 dəfə oxunub)

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappen çempion kimi sürüb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümə pis başlasa da, Kanada və Fransada podiuma yüksəlib və sonuncu Avstriya yarışında qalib gələrək, Red Bull-a ev trasında ilk qələbəni qazandırıb.

Helmut Marko: “Mövsümün əvvəlindəki tənqidlərin yersiz olduğunu göstərdi. Təkərləri qorumalı idi və yarışın ortasında təhlükəsizlik və texniki səbəblərə görə mühərriyin gücünü azaltmalı olduq. Bu halda da Rəykköneni arxasında saxlamaq üçün tempini qorudu. Yarışın bitməsinə 3-4 dövrə qalmış mühərriyin gücünü yenidən açdıq. Vəziyyətə yaxşı nəzarət etdi və panikaya düşmədi. O böyüyüb. Özünü çox cəzalandırdı və artıq çempionluq uğrunda mübarizə apara bilər. 20 yaşlı uşağın belə yarış göstərməsi onun çempionluğa hazır olduğunu göstərdi. Son üç yarışı inanılmaz idi”.

XƏBƏR LENTİ