Polşa klubu "Qəbələ"ni məğlub etdi

Sayta qoyulub: 07:54 05.07.2018 (196 dəfə oxunub)

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb. Sənan Qurbanovun komandası Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb. Beltintsidə keçirilən görüşdə "Qəbələ" minimal hesabla uduzub - 0:1.

Qeyd edək ki, "Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. Albaniyanın "Kukesi" komandası ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” (Zaqreb) klubuna uduzub - 0:2.

 

"Qəbələ” – "Krakoviya” (Polşa) - 0:1

XƏBƏR LENTİ