L.Həmilton: “Xalları boş yerə itirməməliyik”

Sayta qoyulub: 09:08 04.07.2018 (124 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, xalları boş yerə əldən vermək olmas.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışda yaxşı start alıb liderliyə yüksəlsə də, səhv taktika seçərək geriyə düşüb. Dördqat Dünya Çempionu daha sonra iki problem birdən yaşayaraq mübarizəni dayandırıb.

Lyuis Həmilton: “Hər sahədə işləyib inkişaf etməliyik. Bolid əla idi və sürətli idik. Amma iki fərqli problemlə qarşılaşmaq qəribədir. Xalları boş yerə itirməməliyik. İrəli getmək üçün üsullar tapmalıyıq. Çünki bolidimiz dayanmasaydı, rahat qələbə qazanacaqdıq”.

XƏBƏR LENTİ