Paulinyonu transfer etmək istəyən komanda məlum oldu

Sayta qoyulub: 09:02 04.07.2018 (293 dəfə oxunub)

Barselonanın futbolçusu Paulinyoya hansı komandanın iddia etdiyi məlum olub.

 

Yuventus 29 yaşlı futbolçunun müqaviləsində qeyd edilmiş 40 milyon avroluq satış bəndini aktivləşdirmək istəyir.

 

Turin klubu ona komandanı tərk etməyə yaxın olan Miralem Pyaniçə əsas əvəz kimi baxır.

 

Xatırladaq ki, 1 il əvvəl Paulinyo Barselonaya 40 milyona keçmiş və bundan başqa yarımmüdafiəçinin özü 7,5 milyon avro ödəmişdi.

 

 

XƏBƏR LENTİ