Dünya çempionatında kim nə qədər qazanır?

Sayta qoyulub: 13:59 03.07.2018 (238 dəfə oxunub)

DÇ-2018-də 1/8 final mərhələsi də yekunlaşmaq üzrədir. Bundan sonra komandalar 1/4 finalçı millilər yarımfinal və final uğrunda mübarizə aparacaqlar. Bəs, görəsən, yarışdakı iştirak edən komandalar uğurlarına görə nə qədər pul qazanırlar? FİFA-nın təsdiq etdiyi turnirin mükafat fondunun əsasnaməsinə görə, təkcə DÇ-2018-in final mərhələsində iştirak üçün hər komandaya, daha doğrusu, onların təmsilçisi olduğu milli federasiyaya 1,5 milyon dollar pul ayrılır. Daha sonra mükafatlar aşağıdakı qaydada hesablanıb:

 


Çempion komanda üçün - 38 milyon dollar;

İkinci yer - 28 milyon

Üçüncü yer - 24 milyon

Dördüncü yer - 22 milyon

5-8-ci yerlər - 16 milyon;

9-16-cı yerlər - 12 milyon;

17-32-ci yerlər - 8 milyon.

Beləliklə, dünya kubokunun budəfəki qalibi ümumən 39,5 milyon dollar (38 milyon çempionluq, 1,5 milyon yarışda iştirak üçün) qazanacaq.

XƏBƏR LENTİ