UEFA nümayəndələri Bakıya gəlib

Sayta qoyulub: 13:56 03.07.2018 (245 dəfə oxunub)

 

UEFA nümayəndələri Bakıya gəlib
UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın Avropa Liqası-2019 layihəsinin nümayəndələri Bakıda səfərdədir. AFFA-nın saytına yaydığı xəbərə görə, bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib, final qarşılaşmasına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb.
 
18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.

 

XƏBƏR LENTİ