"Qarabağ"ın futbolçusu "Sumqayıt"a keçdi

Sayta qoyulub: 11:37 03.07.2018 (261 dəfə oxunub)

"Qarabağ"ın futbolçusu "Sumqayıt"a keçdi

 

2018/2019 futbol mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.

U-21 millimizin üzvü Dmitri Nağıyevlə 1 illik müqavilə imzalanıb. Nağıyev "gənclik şəhəri" təmsilçisində 33 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. Nağıyev həmçinin U-21 millimizin də (2015-2016, 2 oyun) şərəfini qoruyub.

XƏBƏR LENTİ