"Qəbələ" - "Proqres" matçının hakimləri açıqlandı

Sayta qoyulub: 11:19 03.07.2018 (135 dəfə oxunub)

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) oyununun hakimləri açıqlanıb. Matçı Moldovadan olan hakimlər idarə edəcək. 


Baş hakim: Vyaçeslav Banari
Baş hakimin köməkçiləri: Vasili Ermischin, Dimitri Ciobanu
Dördüncü hakim: Andrey Kojakaru (Hakimlər briqadası Moldovadandır)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Nikoloz Jgarkava (Gürcüstan)

 

Qeyd edək ki, oyun iyulun 12-də, saat 20.00-da, Qəbələ şəhər stadionunda keçiriləcək.

XƏBƏR LENTİ