"İnter" Kvadvo Asamoanı heyətinə qatıb

Sayta qoyulub: 09:17 03.07.2018 (106 dəfə oxunub)

İtaliyanın "İnter" klubu rəsmi saytında yarımmüdafiəçi Kvadvo Asamoa ilə müqavilə imzalandığını elan edib.

Qanalı futbolçu ilə saziş 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub.

Asamoa "İnter"ə azad agent statusunda keçib. 29 yaşlı xavbek 2012-ci ildən Turin "Yuventus"unun rənglərini qoruyub və ötən mövsümün sonunda komandanı tərk edib.

Asamoa "Yuventus"un heyətində 6 dəfə A Seriyasının qalibi olub, 3 dəfə İtaliya Superkuboku və 4 dəfə ölkə Kubokunu qazanıb. O, həmçinin iki dəfə Çempionlar Liqasının finalında oynayıb. Kvadvo byankonyerilərin cərgəsinə qoşulana qədər "Udineze"nin şərəfini qoruyub.

 

 

"İnter" Kvadvo Asamoanı heyətinə qatıb

“Report” 

XƏBƏR LENTİ