Davor Şuker FİFA-nın işindən narazıdır

Sayta qoyulub: 08:44 02.07.2018 (173 dəfə oxunub)

"Pul futbol üçün çox önəmlidir, amma ona lazım olan yeganə şey deyil".

Bu barədə  Xorvatiya Futbol İttifaqının (XFİ) prezidenti, DÇ-98 bürünc mükafatçısı Davor Şuker deyib.

Onun sözlərinə görə, bir çox komanda Rusiyadakı dünya çempionatına kifayət qədər hazır deyil.

"Bu çempionatda favoritlər qələbə qazana bilmir. Onlarda nəsə baş verib. Mənə elə gəlir ki, Almaniya, Argentina və digər uduzan qrandların hazırlığının keyfiyyəti qənaətbəxş deyil idi" - Xorvatiya futbolunun əfsanəsi deyib.

Şuker yığmaların bir çox problemlərini onların liderlərinin güclü məşğulluğu ilə izah edir.

Xorvatiya Futbol İttifaqının prezidenti düşünür ki, UEFA və FİFA futbolu canlandırmaq barədə düşünməlidir: "Mən UEFA Rəyasət Heyətində təmsil olunuram və orada biz bu barədə danışacağıq. Bilirəm ki, pul futbol üçün çox önəmlidir, amma ona lazım olan yeganə şey deyil".

 

 

Davor Şuker FİFA-nın işindən narazıdır

 

 

"Report"

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ