"Qarabağ" "Lans"dan oyunçu aldı

Sayta qoyulub: 14:03 25.06.2018 (292 dəfə oxunub)

 

"Qarabağ" "Lans"dan oyunçu aldı

Yeni mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Fransa mətbuatının istinadən yaydığı xəbərə görə, Ağdam klubu “Lans”in 26 yaşlı hücumameylli yarımmüdafiəçisi Abdulla Zoubiri heyətinə qatıb. Mərakeş əsilli fransız futbolçu ilə müqavilənin müddəti barədə Ağdam klubunun bu gün açıqlama verəcəyi gözlənilir.

 

Fransa mətbuatının iddiasına görə, “Qarabağ” “Lans”la 2019-cu ilə qədər müqaviləsi olan Zoubirə görə qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Fransada “Lans”dan əvvəl “Qrenobl”, “İstr” klublarının da formasını geyinən hücumameylli yarımmüdafiəçi Şotlandiyada “Hibernian” və Rumıniyada “Petrolul” komandalarında çıxış edib.

Xatırladaq ki, “Qarabağ” Abdulla Zoubirdən əvvəl Filip Ozobiç və Rahil Məmmədovu heyətinə qatıb.

 

XƏBƏR LENTİ