“Qəbələ” Sloveniyada növbəti məşqinə çıxdı

Sayta qoyulub: 09:11 25.06.2018 (197 dəfə oxunub)

 

 

“Qəbələ” Sloveniyada növbəti məşqinə çıxdı
“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. Klubun rəsmi saytının yaydığı xəbərə görə, “Qırmızı-qaralar” Sloveniya toplanışının 5-ci gününü başa vurub. 
 

Komanda günü tək məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısında baş tutub. Futbolçular əsasən bərpaedici, fiziki çalışmaları yerinə yetirib. Albaniyanın “Kukesi” klubu ilə dünən keçirilən yoxlama oyununda (1:1) meydana qarşılaşmanın sonlarında daxil olanlar isə fiziki hazırlığın ardından topla məşq edib.

 

 

XƏBƏR LENTİ