Lovren:"Modriç ispan olsaydı çoxdan "Qızıl top"a layiq görülərdi"

Sayta qoyulub: 11:41 24.06.2018 (276 dəfə oxunub)

Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren komanda yoldaşı Luka Modriçin "Qızıl top"a layiq olduğunu qeyd edib.

 

«Modriç kimi bir futbolçu ilə yanaşı oynamaqdan yalnız zövq almaq mümkündür.

 

Fikrimcə o, ispan olsaydı çoxdan bu mükafata layiq görülərdi. Lakin Luka kiçik bir dövləti təmsil edir. Məhz bu səbəbdən layiq olduğu diqqətdən uzaqdır», – deyə Lovren qeyd edib.

XƏBƏR LENTİ