S.Fettel: “Yarışda güclü olacağıq”

Sayta qoyulub: 11:30 24.06.2018 (183 dəfə oxunub)

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, son cəhdində əlindən gələni edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü əlindən gələni etsə də, Fransa Qran Prisinin sıralanma turunda 3-cü olub.

Sebastyan Fettel: “Burada sazlanma tapmaq çətin idi. Son cəhdimdə əlimdən gələni etdim, amma buna görə bir az da vaxt itirdim. Bir neçə yerdə bolidi və təkərləri itirdim.Trayektoriya tapmaq da çətindir. Birini qaçırtdığınızda nəticəsi pis olur. İlk cəhdimdən sonra düşünürdüm ki, poul üçün yaxşı şansım olacaq. Amma bunun üçün qüsursuz dövrəyə ehtiyacım var idi. Ümid edirəm bolid yarışda daha yaxşı olar və buna görə də 3-cü yer yaxşıdır. Sonuncu Fransa yarışında mən də peletonda idim və buradakı fanların mükəmməl olduğunu bilirəm. Bu gün də dəstəklərini əsirgəmədilər və gözəl gün keçirdik”.

XƏBƏR LENTİ