"Neftçi" xorvatiyalı yarımmüdafiəçini transfer edib

Sayta qoyulub: 11:30 24.06.2018 (278 dəfə oxunub)

Transfer çalışmalarını davam etdirən "Neftçi” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə 1 illik müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Qoran Paratski son olaraq, Yeni Zelandiyanın "Vellinqton Feniks” klubunda forma geyinib. O, vaxtilə Xorvatiyanın gənclər yığmasında da çıxış edib.

 

 

"Neftçi" xorvatiyalı yarımmüdafiəçini transfer edib

 

 

 

 

 

XƏBƏR LENTİ