Taylandda futbol komandası mağarada itkin düşüb

Sayta qoyulub: 11:28 24.06.2018 (279 dəfə oxunub)

 Taylandın Xuaxin şəhərində yerləşən Kxao Luanq mağarasında 11 nəfərdən ibarət futbol komandası və məşqçi itkin düşüb.

Bu barədə bazar günü "Bangock Post" qəzeti yazıb.

Bildirilir ki, xilasedicilər idmançıların olduğu yeri müəyyən etməyə çalışırlar.

Məlumata görə, milli park əməkdaşları şənbə günü yerli vaxtla 19:00-da mağaranın girişində motosiklet və 11 velosiped, həmçinin bel çantaları, futbol ayaqqabıları və digər idman avadanlıqları aşkar ediblər.

 

 

Taylandda futbol komandası mağarada itkin düşüb

 

 

 

“Report” 

XƏBƏR LENTİ