"Qarabağ"ın güclü heyəti var" - "Olimpiya"nın baş məşqçisi

Sayta qoyulub: 19:17 23.06.2018 (319 dəfə oxunub)

"Qarabağ"ın güclü heyəti var" - "Olimpiya"nın baş məşqçisi
 

"Olimpiya" ötən mövsüm cəmi 3 qarşılaşmadan məğlub ayrılıb.  Onda görə də, indi ən azından bu uğuru təkrarlamaq istəyirik".  Bu sözləri Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa deyib.  

Avrokuboklarda uğurlu çıxış etmək istədiklərini söyləyən gənc mütəxəssis "Qarabağ" haqda fikirlərini bildirib: "Əsas hədəfimiz Çempionlar Liqasında uğurlu çıxış etməkdir.  Düzdü, rəqibimiz güclüdür. "Qarabağ"ın qrup mərhələsində mübarizə aparması çox şeydən xəbər verir. Ancaq bizim də fəal azarkeşlərimiz, gözəl strukturumuz və əla oyunçularımız var.  Yeni transferlərimiz də bizə kömək edəcəklər".

Qeyd edək ki, tərəflər arasındakı il oyun iyulun 11-də Lüblyanada keçiriləcək. Cavab matçı isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.   

XƏBƏR LENTİ