“Qəbələ” Araz Abdullayevlə bağlı qərar verdi

Sayta qoyulub: 19:08 23.06.2018 (344 dəfə oxunub)

“Qəbələ” Araz Abdullayevlə bağlı qərar verdi
 

Son mövsümü icarə əsasında Kiprin “Anortosis” klubunun heyətində keçirən milli komandamızın üzvü Araz Abdullayev müqavilə ilə məxsus olduğu “Qəbələ”yə geri dönməyəcək.  “Qırmızı-qaralar” millimizin futbolçusu ilə bağlı yekun qərar verib.  Belə ki, Araz komanda rəsmiləri ilə söhbətində yenidən legioner həyatı yaşamaq istədiyini bildirib.  “Qəbələ” futbolçunun qərarına hörmətlə yanaşıb və ona gələcək təklifləri dəyərləndirməyi qərara alıb. “Qırmızı-qaralar” Arazı böyük ehtimalla, yenidən icarəyə verəcək.

Ancaq futbolçunun hansı kluba üz tutacağı hələlik, dəqiqləşməyib. Bir neçə təklif olsa da, hələlik real məsələ yoxdur. Arazın xidmətində ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” klubu da maraqlı olub. Lakin oyunçu legioner həyatı yaşamaq istədiyi üçün son çempionun təklifini dəyərləndirməyib. 

Qeyd edək ki, Abdullayevi transfer etmək istəyən klub “Qəbələ”yə 150 min avro ödəməldir.

Futbol11.az      

XƏBƏR LENTİ