İtaliyalı qapıçı "Qarabağ"a keçməkdən imtina etdi

Sayta qoyulub: 10:42 23.06.2018 (506 dəfə oxunub)

İtaliyalı qapıçı "Qarabağ"a keçməkdən imtina etdi

"Qarabağ"ın transfer təklifi göndərdiyi "Peskara"nın qapıçısı Vinçenzo Fiorillo gələcək karyerası ilə bağlı açıqlama verib.

28 yaşlı qapıçı təklif üçün "Qarabağ"a təşəkkür edib və Ağdam klubuna keçməkdən imtina edib:

"Peskara" forması ilə A Seriyasına qayıtmaq və orada çıxış etmək istəyirəm. Bəlkə nə vaxtsa, kapitan da olaram. Məni transfer etmək üçün əlindən gələni edən "Qarabağ"a təşəkkür edirəm. Ancaq indiki məqamda pul önəmli deyil".

"Qarabağ" "Peskara"ya italiyalı qolkiper üçün 600 min avroluq təklif göndərmişdi. "Atlılar"ın "Harts"dan ayrılan şotlandiyalı qapıçı Con Makloflinlə danışıqlar aparır.

XƏBƏR LENTİ