"Qarabağ"ın təklif verdiyi oyunçu bu gün qərarını verəcək

Sayta qoyulub: 14:20 22.06.2018 (464 dəfə oxunub)

 

"Qarabağ"ın təklif verdiyi oyunçu bu gün qərarını verəcək

"Qarabağ"ın transfer etmək istədiyi Xama Billiat gələcək karyerası ilə bağlı bu gün yekun qərar verəcək. Bu barədə 27 yaşlı hücumçunun agenti Mike Nqobe məlumat verib. O bildirib ki, X.Biliata Afrikanın ən böyük klublarından olan "Zamalek"dən yaxşı təklif gəlməsinə baxmayaraq, futbolçu Avropada oynamaq istəyir.

 

Qeyd edək ki, Billiatla “Qarabağ”la yanaşı, “Styaua” və “Djurgardens”ın danışıqlar apardığı iddia olunur.

 

XƏBƏR LENTİ