"Qarabağ" daha qapıçıya təklif göndərdi

Sayta qoyulub: 13:30 22.06.2018 (383 dəfə oxunub)

"Qarabağ" daha qapıçıya təklif göndərdi
 

Azərbaycan çempionu “Qarabağ” yeni qapıçı transfer etməyə hazırlaşır. Geridə qalan mövsüm bitən kimi Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiçlə yollarını ayıran Ağdam klubu onu Şotlandiyanın "Harts" klubundan Con Makloflinlə əvəzləmək istəyir. "Daily Express"in məlumatına görə, Ağdam təmsilçisi "Harts"la müqavilə müddəti başa çatan 30 yaşlı qapıçıya 2 illik müqavilə təklif edib. Azad agent statusu daşıyan Şotlandiya millisinin üzvünün bu təklifə müsbət yanaşacağı ehtimal olunur.

Qeyd edək ki, "Qarabağ" İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçentso Fiorilloya da təklif göndərib.

XƏBƏR LENTİ