Bundesliqasının ən gənc baş məşqçisi klubunu dəyişir

Sayta qoyulub: 11:25 22.06.2018 (396 dəfə oxunub)

Almaniyanın “Hoffenhaym” klubunun baş məşqçisi Yulian Naqelsmann gələn mövsümün sonunda komandadan ayrılacaq.


 30 yaşlı məşqçi 2019/20 mövsümündən etibarən “Leyptsiq” klubunu çalışdıracaq. Bu barədə “Leyptsiq”in rəsmi saytı məlumat yayıb.


Naqelsmanın “Hoffenhaym”la müqaviləsi olsa da, artıq “Leyptsiq”lə 4 illik saziş bağlayıb.


Qeyd edək ki, Almaniya Bundesliqasının ən gənc baş məşqçisi kimi tarixə düşən Naqelsmanın çalışdırdığı “Hoffenhaym” ötən mövsümü 3-cü pillədə başa vurub və Çempionlar Liqasına vəsiqə qazanıb.

 

 

Bundesliqasının ən gənc baş məşqçisi klubunu dəyişir

 

 

qol.az

XƏBƏR LENTİ