"Qarabağ" "Olimpiya" ilə görüşlərinin vaxtı və məkanı açıqlandı

Sayta qoyulub: 08:34 22.06.2018 (430 dəfə oxunub)

"Qarabağ" "Olimpiya" ilə görüşlərinin vaxtı və məkanı açıqlandı
 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə keçirəcəyi hər iki oyunun vaxtı və stadionları açıqlanıb. İlk görüş iyulun 10-da Lyublyanadakı "Stojitse" stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da başlayacaq.  Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" cütünün qalibi II təsnifat mərhələsində "Kukesi" (Albaniya) - "Valleta" (Malta) cütünün qalibi ilə qarşılaşacaq. 

XƏBƏR LENTİ