Kolumbiya komandasının futbolçusu Karlos Sançes ölüm hədəsi alıb

Sayta qoyulub: 08:06 22.06.2018 (407 dəfə oxunub)

Kolumbiya milli komandasının futbolçusu Karlos Sançes dünya çempionatında Yaponiyaya 1:2 hesabı ilə uduzduqları ilk tur matçından sonra yüzlərlə ölüm hədəsi alıb.

 Kolumbiya polisi faktla əlaqədar araşdırmalara başlayıb.

Bildirilir ki, istifadəçilərdən biri "Twitter"də Sançesin fotosunu DÇ-1994-cü ildə avtoqol etdiyi üçün güllələnmiş Andres Eskobarla yanaşı paylaşıb. Fotonun altına bu sözlər yazılıb: "Arzulamağı təklif edirəm". Digər istifadəçi isə buna cavab olaraq, "Eskobarı avtoqola görə öldürmüşdülərsə, Sançesi də öldürüb meyitini islatmaq lazımdır".

Qeyd edək ki, Karlos Sançes Yaponiya ilə qarşılaşmanın 3-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə qırmızı vərəqə alıb. Baş hakim həmçinin Kolumbiyanın qapısına penalti təyin edib.

 

Kolumbiya komandasının futbolçusu Karlos Sançes ölüm hədəsi alıb

"Report"

XƏBƏR LENTİ