Futbol azarkeşləri Argentina komandasının baş məşqçisinə butılka atıblar

Sayta qoyulub: 08:05 22.06.2018 (323 dəfə oxunub)

Narazı azarkeşlər Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ikinci turu çərçivəsində Xorvatiya yığması ilə oyunda Argentinanın baş məşqçisi Xorxe Sampaoliyə butılka atıblar.

Bu barədə "Sovetskiy sport" məlumat yayıb.

Məlumatda məşqçinin xəsarət alıb-almadığı qeyd edilmir. Qeyd edək ki, Xorvatiya bu qarşılaşmada Amerika təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.

Bu məğlubiyyətdən sonra Argentina komandası turnirin pley-off mərhələsinə çıxmaq üçün şanslarını xeyli çətinləşdirib. Sampaolinin yetirmələri dünya çempionatının ilk görüşündə İslandiya yığmasından 1:1 hesablı bərabərliklə ayrılıblar.

Argentina yığması mundialın qrup mərhələsində Nigeriyaya qarşı oynayacaq. Qarşılaşma iyunun 26-da baş tutacaq. 

 

Futbol azarkeşləri Argentina komandasının baş məşqçisinə butılka atıblar

"Report" 

XƏBƏR LENTİ