"Qarabağ" İtaliyadan qapıçı alır

Sayta qoyulub: 07:51 22.06.2018 (363 dəfə oxunub)

"Qarabağ" İtaliyadan qapıçı alır

 

Azərbaycan çempionu “Qarabağ” yeni qapıçı transfer etməyə hazırlaşır. Geridə qalan mövsüm bitən kimi Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiçlə yollarını ayıran Ağdam klubu onu İtaliyanın “Peskara” komandasında çıxış edən Vinçentso Fiorillo ilə əvəz edəcək.

1990-cı il təvəllüdlü futbolçunun “Peskara” ilə hələ daha bir mövsümlük müqaviləsi var. Bu üzdən də “Qarabağ”ın onu transfer etməsi üçün 600 min avrosundan keçməsi lazımdı. Bildirilir ki, Fiorillo özü Azərbaycan klubunda oynamağın əleyhinə deyil. Ağdam təmsilçisi ona 2 illik müqavilə təklif edib. Yaxın günlərdə tərəflərin bu transferi yekunlaşdırması gözlənilir.

28 yaşlı qapıçı İtaliyanın U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas milliyə dəvət almayıb. “Sampdoriya”nın yetirməsi olan futbolçu bu klubla yanaşı, “Recina”, “Spetsiya”, “Livorno”da da çıxış edib. 2014-cü ildə “Yuventus”a transfer edilsə də, bu komandada debüt şansı qazanmayıb. Elə həmin ildə “Peskara”ya keçən qapıçı bu komandanın uğurları üçün çalışır.

XƏBƏR LENTİ