L.d.Montedzemolo: “Fetteli Şumaxer tövsiyə etmişdi”

Sayta qoyulub: 07:28 22.06.2018 (360 dəfə oxunub)

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Fetteli onlara Mixael Şumaxer məsləhət görübmüş.

F-1.az xatırladır ki, Sebastyan Fettel uşaqlıqdan yeddiqat Dünya Çempionunu özünə nümunə götürüb.

Luka di Montedzemolo: “Əslində onu uşaqlıqdan düşünürəm. Hətta Mixaeli hər yarışda ağlımdan keçirirəm. Mixael ayrılmamışdan əvvəl Fetteli bizə məsləhət bildi. O, Fetteli dəstəkləyirdi. Mixael Ferrari-dən ayrılmamışdan bir neçə həftə əvvəl Sebastyanla müqavilə bağladıq və çox xoşbəxt idi.

Mixaellə bir neçə dəfə çempion olduq. Amma heyif ki, Sebastyanla bu, baş vermədi. Ümid edirəm ki, o da bir dövr başladacaq və çempionluqlar qazanacaq. İndi sürdüyü bolidlə Mixaelin uğurlarını təkrarlamaq asan deyil. Ümid edirəm Sebastyanın üzərində çox təzyiq olmaz. Komanda olaraq güclüdürlər və bolid rəqabətədavamlıdır. Mercedes hazırda elə də güclü görünmür. Bu il çox gözəl ola bilər”.

XƏBƏR LENTİ