"Qarabağ"ın Avstriya hazırlığı başladı

Sayta qoyulub: 18:42 21.06.2018 (359 dəfə oxunub)

"Qarabağ"ın Avstriya hazırlığı başladı

Dünən Avstriyaya yollanan "Qarabağ" bu gündən etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Günün ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb. Futbolçular fitnes zalında yüngül hərəkətlərindən sonra meydançada hazırlıqları davam etdirib. İki qrup halında məşq edən futbolçularımız daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq təxminən 1 saat 40 dəqiqə davam edib. 

Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) baş tutacaq.

XƏBƏR LENTİ