"Messi dünya kubokuna görə ağlayır"

Sayta qoyulub: 13:04 21.06.2018 (421 dəfə oxunub)

"Onun məqsədi dünya kubokunu qazanmaq, onu evə aparmaqdır. Bu, Messinin ən böyük arzularından biridir".


Bu sözləri Argentina millisinin kapitanı Lionel Messinin anası Siliya Mariya Kuççitini deyib. O, oğlunun hətta buna görə ağladığını da gizlətməyib:


"Onun hərdən necə əzab çəkdiyini və ağladığını görürük. Dünya kubokunu Argentinaya gətirməyi ən birinci o istəyir. Hamıdan çox Messi kuboku əldə etmək üçün hər şeyini verməyə hazırdır".


Qeyd edək ki, Argentina DÇ-2018-in qrup mərhələsində keçirdiyi ilk oyunda İslandiya ilə 1:1 hesablı heç-heçə edib. Cənubi amerikalılar mudialdakı ikinci görüşdə bu gün Xorvatiya ilə üz-üzə gələcək.

 

 

"Messi dünya kubokuna görə ağlayır"

 

 

 

qol.az

XƏBƏR LENTİ