"Real Madrid" Zinəddin Zidanın oğlu ilə də yollarını ayırır

Sayta qoyulub: 13:02 21.06.2018 (381 dəfə oxunub)

İspaniyanın "Real Madrid" klubunun qapıçısı Luka Zidan böyük ehtimalla yay transfer dövründə komandanı tərk edəcək. 

20 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Xulen Lopeteginin planlarına daxil deyil. Komandanın 3-cü qapıçısı ukraynalı Andrey Lunin olacaq.

Qeyd edək ki, Luka Zidan "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. O, başa çatan mövsümdə 1 oyunda meydanda olub və qapısında 2 qol görüb. Z.Zidan postunu mayın 31-də tərk edib.  

 

 

"Real Madrid" Zinəddin Zidanın oğlu ilə də yollarını ayırır

 

 

 

"Report"

XƏBƏR LENTİ