"Neftçi"nin kapitanı: "Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz"

Sayta qoyulub: 07:34 21.06.2018 (337 dəfə oxunub)

"Neftçi" klubunun futbolçusu Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Komandanın kapitanı klubun rəsmi saytına açıqlamasında Macarıstanın "Uypeşt” komandası haqqında məlumatlarının olmadığını söyləyib: "Əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək". 

31 yaşlı müdafiəçi Macarıstan futbolunun nə qədər güclü olduğuna bələd olduqlarını sözlərinə əlavə edib: "Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz. Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və biz toplanışın faydasını Avropa Liqasında görəcəyik”.

Qeyd edək ki, "Uypeşt"lə ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək. 

XƏBƏR LENTİ