"Olimpiya"nın prezidenti "Qarabağ" haqda danışdı

Sayta qoyulub: 18:01 20.06.2018 (362 dəfə oxunub)

 
"Olimpiya"nın prezidenti "Qarabağ" haqda danışdı

"Qarabağ"ın Avropa yarışlarında böyük təcrübəsi və çoxlu uğuru var".

Bu sözləri Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a rəqib olan Sloveniyanın "Olimpiya" klubunun prezidenti Milan Mandariç deyib.

 

Püşkü dəyərləndirən 79 yaşlı prezidenti "Qarabağ"ın ciddi rəqib olduğunu söyləyib: "Bu, son 10 ildə Avropada ən çətin matçlarımızdan biri olacaq. Bu, bizim üçün hansı yerdə olmağımız, keyfiyyət və pespektivi göstərmək baxımından sınaq olacaq".

 

 

Qeyd edək ki, tərəflər arasındakı ilk görüş iyulun 11-də Sloveniyada, cavab görüşü isə bir həftə sonra Bakıda reallaşacaq. 

XƏBƏR LENTİ