Uilşir Arsenaldan getdi

Sayta qoyulub: 09:09 20.06.2018 (287 dəfə oxunub)

Arsenalın yarımmüdafiəçisi Cek Uilşir klubu tərk edəcəyini bəyan edib.

 

«Təsdiq edə bilərəm ki, iyunun sonunda müqaviləm bitən kimi Arsenalı tərk edəcəyəm.

 

Bir neçə dəfə baş məşqçi Unai Emeri ilə söhbət etdikdən sonra başqa çıxış yolumun qalmadığını anladım. Bütün bunlar sırf idman prinsipinə görədir», – deyə Arsenalda 17 il keçirən Uilşir qeyd edib.

 

Xatırladaq ki, yarımmüdafiəçi ilə Everton, Vest Xem, Vulverhempton və Yuventusun maraqlandığı söylənilirdi.

 

 

XƏBƏR LENTİ