Fransa-2018: Bukmeyker cədvəlləri

Sayta qoyulub: 09:06 20.06.2018 (338 dəfə oxunub)

William Hill idarəsinin bukmeykerləri Fransadakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, iki həftə əvvəl adətən Mercedes-in üstün olduğu Monrealdakı yarışda da Fettelin qalib gəlməsinə baxmayaraq, bukmeykerlər Pol Rikarda Həmiltonu qələbəyə daha yaxın hesab edirlər. Fettelin şansları ona nisbətən bir qədər az qiymətləndirilib. Yerdə qalan digər sürücülərin qələbə qazanacağına isə çox da inanmırlar.

Fransa Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.62
Sebastyan Fettel 2.75
Valtteri Bottas 8.00
Daniel Rikkardo, Maks Ferstappen 9.00
Kimi Rəykkönen 13.00

 

Lyuis həm də sürücülər çempionatında yenə əsas favorit kimi göstərilib. Fettelin keçən həftə onu ümumi nəticədə bir xalla üstələməsi də bukmeykerlərin fikrini dəyişməyib. Lakin bu iki sürücüyə verilən əmsallarda xeyli dəyişikliklər var…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.73
Sebastyan Fettel 2.25
Daniel Rikkardo 26.00
Valtteri Bottas 41.00
Maks Ferstappen 101.00
Kimi Rəykkönen 151.00

 

William Hill idarəsinin əməkdaşları Mercedes-in Mühəndislər Kubokunda növbəti qalibiyyətinə inanmaqda davam edirlər və onların şanslarını Ferrari ilə müqayisədə iki dəfədən çox qiymətləndirirlər…

<article class="article-main" style="box-sizing: border-box; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px;">

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.33
Ferrari 3.50
Red Bull 21.00
</article>

XƏBƏR LENTİ