L.d.Montedzemolo: “Markionne keçmiş uğurları qısqanır”

Sayta qoyulub: 09:03 20.06.2018 (233 dəfə oxunub)

Ferrari şirkətinin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Markionne onun Ferrari-dəki uğularını qısqanır.

F-1.az xatırladır ki, Luka 1991-2014-cü illərdə Ferrari-nin prezidenti olmuş və “qırmızılar” bu illərdə 8 dəfə Mühəndislər Kubokunun, 6 dəfə isə Sürücülər Çempionatının qalibi olmuşdular.

Luka di Montedzemolo: “Markionne keçmiş uğurlarımızı qısqanır və bu hal məyusedicidir. Çünki keçmişi qısqanırsa, deməli, hələ də nə edəcəyini bilmir. Bu, pisdir. Şumaxer, Braun və Todt ilə qazandığım uğurlara görə xoşbəxtəm. Ferrari həmişə Formula1-də olub və ümid edirəm ki, yenidən qalib gələcəklər. Çünki bu idman Ferraru üçün vacibdir və qələbəyə ehtiyacları var. 24 il ərzində Niki, Mixael və Kimi ilə qazandığım 19 çempionluğa görə xoşbəxtəm”.

XƏBƏR LENTİ