"Qarabağ" mərhələ keçsə növbəti rəqibi hansı komanda olacaq?

Sayta qoyulub: 17:01 19.06.2018 (451 dəfə oxunub)

"Qarabağ" mərhələ keçsə növbəti rəqibi hansı komanda olacaq?

Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan təmsilçisi "Qarabağ" I mərhələdə Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Kukesi" (Albaniya) - "Valetta" (Malta) komandaların duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq. ÇL-də I təsnifat mərhələsinin ilk oyunları iyulun 10-11-də, cavab matçları isə iyulun 17-18-də keçiriləcək.  II təsnifat mərhələsində isə ilk oyundlar iyulun 24-25-i, cavab qarşılaşmaları isə iyulun 31-i və avqustun 1-də baş tutacaq.

XƏBƏR LENTİ