"Qarabağ" ilk oyununu səfərdə keçirəcək

Sayta qoyulub: 13:00 19.06.2018 (174 dəfə oxunub)

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək
 

İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Azərbaycan təmsilçisi "Qarabağ" komandası I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasına rəqib olub. Tərəflər arasındakı ilk matç Sloveniyada, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Qeyd edək ki, İlk oyun iyulun 10-11-də, cavab görüşü isə 17-18 iyulda olacaq.

XƏBƏR LENTİ