"Qarabağ"dan afrikalı hücumçuya 400 minlik təklif

Sayta qoyulub: 11:43 19.06.2018 (421 dəfə oxunub)

"Qarabağ"dan afrikalı hücumçuya 400 minlik təklif

Uzun müddətdi adı "Qarabağ"la hallanan Xama Billiata Ağdam klubu illik 400 min avro ödəməyə hazırdı. Bu barədə Zimbabve mətbuatı məlumat yayıb. Bildirilir ki, bu ayın sonunda Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubu ilə müqaviləsi başa çatacaq forvardın azad agent kimi Azərbaycan çempionuna keçidi realdı. Çünki hələlik ən yaxşı şərtləri məhz "Qarabağ" təklif edir.

Ağdam klubundan başqa Rumıniyanın "Styaua" klubu da Zimbabve millisinin üzvünün xidmətində maraqlıdı ki, onların təklif etdiyi məbləğ daha aşağıdı. Son məlumata görə isə Misirin tanınmış klublarından "Zamalek" də Billiatı heyətinə cəlb etmək istəyir.

XƏBƏR LENTİ