Messi, Dibala, di Mariya məşqi erkən tərk etdilər

Sayta qoyulub: 08:59 19.06.2018 (278 dəfə oxunub)

Argentina millisinin futbolçuları Lionel Messi, Paulo Dibala və Anxel di Mariya komandanın məşqinin son hissəsində iştirak etməyiblər.


Onlar məşqi 20 dəqiqə erkən tərk ediblər. Argentina Futbol Federasiyasının mətbuat xidmətindən bildirilib ki, oyunçuların durumu yaxşıdır. Onlar məşqçinin qərarı ilə hazırlığı buraxıblar. Futbolçular masaj vasitəsi ilə bərpa proseduru keçmək üçün bu addım atılıb.


Qeyd edək ki, Argentina DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Xorvatiya ilə qarşılaşacaq.

 

 

Messi, Dibala, di Mariya məşqi erkən tərk etdilər

 

 

 

qol.az

XƏBƏR LENTİ