Avroliqa: Klublarımızın potensial rəqibləri bəlli oldu

Sayta qoyulub: 18:53 18.06.2018 (336 dəfə oxunub)

 

Avroliqa: Klublarımızın potensial rəqibləri bəlli oldu

Sabah UEFA Çempionlar Liqası ilə yanaşı, futbol üzrə Avropa Liqasında da 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılacaq. Yarışa təsnifat raundundan başlayacaq Azərbaycan klublarının - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin yekun potensial rəqibləri artıq bəllidi.

Azərbaycanın hər üç təmsilçisi püşkatmada səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, təmsilçilərimizin mümkün rəqibləri nisbətən zəif hesab olunan səpələnməmişlərdi.


2-ci qrupa düşən “Qəbələ” “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda” (Slovakiya) klublarından birinə rəqib olacaq.


3-cü qrupdakı “Neftçi”ni “Buduçnost” (Çernoqoriya), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və “Rasinq Yunion” (Lüksemburq) klublarından biri ilə duel gözləyir.


7-ci qrupda yer alan “Keşlə” isə “Milsami” (Moldova), “Rudar” (Çernoqoriya), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltsan” (Malta) klublarından biri ilə mübarizə aparmalı olacaq.


Sabah həm də 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. Həmin raundda mübarizəyə birbaşa qoşulan 27 komanda və 1-ci mərhələnin 47 cütü iştirak edəcək. Klublarımızdan yalnız “Qəbələ”nin yer aldığı cütlük səpələnmişlərdən olacaq. “Neftçi” və “Keşlə” isə özlərindən daha yüksək reytinqli – səpələnmiş klub, və ya beləsinin yer aldığı cütlə üz-üzə gələcək.


Avropa Liqası
1-ci təsnifat mərhələsi


2-ci qrup


Səpələnmişlər:
Domjale (Sloveniya)
Qəbələ (Azərbaycan)
Dinamo (Tiflis, Gürcüstan)
Reyncers (Şotlandiya)
Apollon (Limassol, Kipr)


Səpələnməmişlər:
Proqres (Lüksemburq)
Şiroki Briyeq (Bosniya və Hersoqovina)
Şkupi (Makedoniya)
Stumbras (Litva)
Dunayska Streda (Slovakiya)


3-cü qrup


Səpələnmişlər:
Maribor (Sloveniya)
Trençin (Slovakiya)
Viitorul (Rumıniya)
Neftçi (Azərbaycan)
Tobol (Qazaxıstan)


Səpələnməmişlər:
Buduçnost (Çernoqoriya)
Partizani (Albaniya)
Uypeşt (Macarıstan)
Samtrediya (Gürcüstan)
Rasinq Yunion (Lüksemburq)


7-ci qrup


Səpələnmişlər:
Partizan (Serbiya)
Slovan (Bratislava, Slovakiya)
Keşlə (Azərbaycan)
ÇSKA (Sofiya, Bolqarıstan)
Rabotniçki (Makedoniya)


Səpələnməmişlər:
Milsami (Moldova)
Rudar (Çernoqoriya)
Riqa (Latviya)
Budapeşt Honved (Macarıstan)
Baltsan (Malta)

XƏBƏR LENTİ