"Sabah" Türkiyədə dörd yoxlama oyunu keçirəcək

Sayta qoyulub: 17:48 18.06.2018 (149 dəfə oxunub)

"Sabah" Türkiyədə dörd yoxlama oyunu keçirəcək
 

“Sabah” Futbol Klubunun 2018/19 mövsümü ilə bağlı hazırlıq planı bəlli olub. Komanda 3 mərhələdən ibarət olacaq yeni mövsümün hazırlığına bu gün “Əlincə Arena”da başlayacaq.

Toplanışın ilk hissəsi iyunun 18-dən iyulun 2-dək Bakıda baş tutacaq. İlkin hazırlıq mərhələsində bir oyunun keçirilməsi nəzərdə tutulub. İyunun 30-na planlaşdırılan görüşdəki rəqib hələ ki, bəlli deyil.

Paytaxtda davam edəcək ikinci hazırlıq mərhələsi 2-15 iyul aralığında keçiriləcək. Komanda hazırlığın bu mərhələsində iyulun 7-də “Səbail”, iyulun 11-də “Sumqayıt”, iyulun 14-də isə “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Toplanışın üçüncü hissəsi isə 16-29 iyul aralığında Türkiyənin Bolu şəhərində baş tutacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.

XƏBƏR LENTİ