"Neftçi"nin açıq məşqi olacaq

Sayta qoyulub: 15:27 17.06.2018 (154 dəfə oxunub)

"Neftçi"nin açıq məşqi olacaq

"Neftçi" bu gün təlim-məşq toplanışına başlayıb. Komanda italiyalı yeni baş məşqçisi Roberto Bordinin rəhbərliyi altında hazırlı keçir. "Ağ-qaralar" sabah saat 17:00-da İsmət Qayıbov adına təlim-məşq bazasında azarkeşlər və media nümayəndələri üçün açıq məşq keçəcək. "Neftçi" bütün azarkeşlərini və media nümayəndələrini hazırlıq prosesini izləməyə dəvət edir. 

XƏBƏR LENTİ