"Qarabağ" millimizin üzvünü transfer edir

Sayta qoyulub: 15:37 16.06.2018 (364 dəfə oxunub)

"Qarabağ" millimizin üzvünü transfer edir
 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” klubu Filip Ozobiçin ardından əsas rəqibi “Qəbələ”nin daha bir futbolçusunu transfer etməyə hazırlaşır. Ağdam klubu son mövsümü icarə əsasında Kiprin “Anortosis” klubunun heyətində keçirən Araz Abdullayevə “elçi” düşüb. Bizdə olan məlumata görə, millimizin 26 yaşlı üzvü yekun qərarını verib və müqavilə ilə məxsus olduğu “Qəbələ”nin düşərgəsinə qayıtmaq niyyətində deyil. Hazırda fərdi məşqlər edən cinah oyunçusu “Qarabağ”ın və xarici klubların təkliflərini dəyərləndirir. Arazın “Qarabağ”ın və milli komandamızın baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında oynamaqda maraqlı olduğu bildirilir.  Qeyd edək ki, Araz Abdullayevi transfer etmək istəyən klub “Qəbələ”yə 150 min avro ödəməlidir.

XƏBƏR LENTİ